21
Jan
Dovşanalması – meyvəsi qışda yetişən bitki
21Bildiyiniz kimi, dovşanalması (lat. Cotoneaster) gülçiçəyikimilər fəsilə aid olub, kol bitkisidir. Dovşanalması quraqlığa və şaxtaya davamlı, dekorativ bitkidir. Mərkəzi Nəbatat Bağında dovşanalmasının salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus), söyüdyarpaq dovşanalması (lat. Cotoneaster salicifolius), üfiqi dovşanalması (lat. Cotoneaster horizontalis), xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) növləri yetişdirilir. Üfiqi dovşanalması qışda yarpaqlarını tökdüyü halda, salxımçiçək dovşanalması və söyüdyarpaq dovşanalması növləri isə qışda yarpaqlarını tökmür- həmişəyaşıldır. Dovşanalmasının meyvələri qış fəslində yetişir və quşlar üçün əhəmiyyətli yem mənbəyidi.