Mərkəzi Nəbatat Bağında sahə seminarı keçirilib
399Mərkəzi Nəbatat Bağının elmi kollektivinin iştirakı ilə "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d., dos. Həsən Babayevin açıq havada sahə seminarı keçirilib. Seminar çərçivəsində alim elmə məlum olan canlı orqanizmlərin əsas quruluş, funksional və biloji vahidi hesab olunan hüceyrə haqda geniş məlumat verib. O qeyd edib ki, hüceyrələr sitoplazma və onu əhatələyən hüceyrə membranından təşkil olunmuşdur, hansı ki, tərkibində zülallar və nuklein turşular kimi bir çox müxtəlif biomolekullara rast gəlinir. Əlavə olaraq,seminarda qeyd edilib ki, kimyəvi tərkibinə görə hüceyrələr oxşardılar. İnsan, heyvan, bitki və mikroorqanizmlərin hüceyrələrində eyni elementlərə, maddələrə rast gəlinir.
Qeyd edək ki, sahə seminarı Mərkəzi Nəbatat Bağının alim və elmi əməkdaşlarının böyük marağına səbəb olub.
Seminardan sonra Bağın alimi b.ü.f.d, dos. Sevinc Quliyeva Bağın elmi əməkdaşlarına COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı Forumda iştirakına görə sertifikat təqdim edib.
Sahə seminarının videosu ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz
https://www.youtube.com/shorts/-pEM1_kFHAQ