Mərkəzi Nəbatat Bağında bitkilərin müxtəlif növ və sortlarının çoxaldılma xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işləri həyata keçirilir
61Bildiyimiz kimi, bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə və kolların bölünməsi ilə çoxaltma üsuludur.
Mərkəzi Nəbatat Bağında bitkilərin müxtəlif növ və sortlarının toxum və qələmlə çoxaldılma xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işləri həyata keçirilir. Tədqiqatın aparılmasının məqsədi yeni növ dekorativ bitkilərin introduksiyası, xarici mühit amillərinə uyğunlaşdırılması və Bağda becərilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin sayının artırılmasıdır.
Bağda kartenziya, lusidium, dəfnəyarpaq kalina, çiyələk ağacı, fotiniya, nəhəng sekvoya və s. dekorativ, nadir və nəsli kəsilməkdə olan bitki növləri qapalı şəraitdə, əvvəlcədən hazırlanmış ştil qablarında qələm üsulu ilə çoxaldılır.
Qeyd edək ki, tədqiq edilən yeni növ və sortlar bitki kolleksiyalarının zənginləşdirilməsi və Bağın landşaft dizaynının rəngarəngliyini təmin etmək məqsədilə istifadə oluna bilər.