Xəbərlər

Çiçək açmış bitkilər

Mentha L. – Yarpız

Mentha L. – Yarpız cinsi Labiatae və ya Lamiaceae – Dodaqçiçəklilər və ya dalamazkimilər fəsiləsinə daxildir. Dünyada 22, Qafqazda 8, Azərbaycanda 5 növü yayılmışdır. Yarpız faydalı bitki kimi qədimdən becərilir. Tibbdə yarpaq və çiçəklərindən mədə-bağırsaq və sinir sistemi xəstəliklərinin müalicə və profilaktikasında tətbiq olunur. Ətriyyat sənayesi üçün yarpız növlərinin efir yağı qiymətli xammaldır.  Yarpızın növlərindən nanə cövhəri və mentol hazırlanır. Həmçinin yaxşı balverən bitki kimi kənd təsərrüfatında geniş istifadə olunur. Mərkəzi Nəbatat Bağında yarpızın 4 növü becərilir. 4 yeni növ isə (Mentha aquatica, Mentha arvensis, Mentha spicata, Mentha suaveolens) Fransadan delektus yolu ilə introduksiya olunmuşdur. Hazırda yeni növlər üzərində tədqiqat işləri aparılır.

 

 

 

 

 

 

 

 

 

Kolleksiyalar