23 Feb
Mərkəzi Nəbatat Bağının sabiq direktoru olmuş b.e.d., AMEA-nın müxbir üzvü Oruc İbadlının xatirəsi anılıb
188

23 fevral 2024-cü il tarixində Mərkəzi Nəbabat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında Bağın əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Sözügedən tədbirdə Bağın rəhbərliyi ölkə Prezidenti Möhtərəm İlham Əliyev Cənablarının Mərkəzi Nəbatat Bağının inkişafı yönündə imzaladığı Sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər kompleksi haqqında məlumat verib.

Tədbir çərçivəsində mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malik olan Mərkəzi Nəbatat Bağının inkişafında böyük töhfələri olmuş Ulu Öndər Heydər Əliyev, akademik Həsən Əliyev, akademik Cəlal Əliyev və müəssisənin sabiq direktoru olmuş b.e.d., AMEA-nın müxbir üzvü Oruc İbadlının xatirəsi anılıb.

Tədbirdə Bağın rəhbərliyi həmçinin, Bağın yarandığı ilk gündən bugünə qədər Bağın inkişaf tarixində əməyi keçən hər bir alimin ruhu qarşısında baş əydiyini ifadə edib və bu yaşıllıqların qorunub saxlanmasında xidmət etmiş aqrotexniki işçilərə öz sonsuz minnətdarlığını bildirib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev, akademik Həsən Əliyev, akademik Cəlal Əliyev və b.e.d., AMEA-nın müxbir üzvü Oruc İbadlının əziz xatirəsinə ağ şam ağacları əkilib.