23 Apr
Mərkəzi Nəbatat Bağında növ müxtəlifliyinin dayanıqlığını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir
94

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilir. Bu tədbirlər planına yeni bitki növlərinin əkilməsi, ağac və kol bitkilərinin həmçinin, dekorativ bitkilərin diblərinin bellənməsi, gübrələnməsi, suvarılması və torpaq örtüyünün yumşaldılması və s. aqrotexniki tədbirlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının landşaft dizaynının yaxşılaşdırılması və inkişafı istiqamətində görülən tədbirlər kompleksi müntəzəm olaraq davam etdiriləcəkdir.