19 Apr
Mərkəzi Nəbatat Bağının inkişafı istiqamətində işlər davam etdirilir
156

Mərkəzi Nəbatat Bağı yaz mövsümü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bağın nəzdində yaradılan Elmi komissiyanın nəzarəti və əməkdaşlarının iştirakı ilə Bağın inkişafı yönündə zəruri aqrotexniki qulluq tədbirləri müntəzəm olaraq davam etdirilir. Həmin tədbirlərə yeni növ bitkilərin əkilməsi, ağacların qurumuş budaqlarının budanması, alaq otlarının təmizlənməsi, ağac və kol bitkilərinin diblərinin bellənməsi, suvarılması, torpaq örtüyünün yumşaldılması, mineral və üzvi gübrələrin verilməsi, zərərvericilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.

Qeyd edək ki, sözügedən tədbirlərin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarının növ müxtəlifliyinin zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.