22 Apr
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
127

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət malik olan təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində mövcud olan çoxillik güllər, ağac və kol bitkiləri  suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır.

Qeyd edək ki, sözügedən tədbirlər elmi əsaslarla olub, Bağın Elmi komissiyasının nəzarəti altında müvafiq qaydalara uyğun olaraq aparılır.