21 Feb
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
198

Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarının zənginləşdirilməsi, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilir. Bu tədbirlər kompleksinə yeni bitki növlərinin əkini, torpaqların yumşaldılması, ağacların diblərinin bellənməsi, qara torpaq, üzvi və mineral gübrələrin verilməsi və s. tədbirlər daxildir.
Qeyd edək ki, sözügedən tədbirlərin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarının növ müxtəlifliyinin zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.