12 Feb
Mərkəzi Nəbatat Bağında bitkilərin dinamik inkişafını təmin etmək məqsədilə tədbirlər kompleksi həyata keçirilib
208

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə mövcud bitkilərin dinamik inkişafını təmin etmək məqsədilə tədbirlər kompleksi həyata keçirilib. Bu tədbirlər kompleksinə yeni bitki növlərinin əkini, torpaqların yumşaldılması,ağacların diblərinin bellənməsi, yarpaq qalıqlarının təmizlənməsi və enliyarpaqların yığılaraq gələcəkdə gübrə kimi istifadə etmək üçün quyulara basdırılması və s. tədbirlər daxildir.

Qeyd edək ki, sözügedən tədbirlər kompleksinin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının florasının zənginləşməsi və  bitki kolleksiyalarının növ müxtəlifliyinin qorunub saxlanması baxımından böyük əhəmiyyət kəsb edir.