06 Feb
Mərkəzi Nəbatat Bağının əməkdaşları “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı PHŞ 2022/2023-cü il üzrə dərc edilmiş illik bülleten"lə tanış olub
274

6 fevral 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağının rəhbərliyi “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı PHŞ 2022/2023 cü il üzrə dərc edilmiş illik bülleten”ini əməkdaşlara təqdim edib.

Qeyd edilib ki, Bağın nəzdində yaradılmış Elmi komissiyasının tövsiyyəsi ilə nəşr edilmiş bülletendə bitkilərin növ müxtəlifliyinin statistikası, inventarlaşma və pasportlaşması haqqında məlumat təqdim olunub. Həmçinin, bülletenə Bağın 2022/2023-cü illər üzrə keçdiyi dinamik inkişaf yolunu əks etdirən bir sıra təsvirlər daxil edilib.

Tədbirin sonunda Mərkəzi Nəbatat Bağının əməkdaşları Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında görülən işlərlə tanış olublar.