17 Jan
Mərkəzi Nəbatat Bağının növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi və bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilir
172

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın nəzarəti ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynını yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilib.

Bu məqsədlə Mərkəzi Nəbatat Bağına 60 növdə 2500 -ə yaxın yeni bitki gətirilərək təcrübə sahələrində əkilməsi üçün hazırlıqlar görülüb. Sözügedən bitkilərə himalay sidri, maqnoliya, yapon gərməşovu, çiyələk ağacı və s. bitkilər aiddir.  Belə ki, yeni bitkilərə düzgün aqrotexniki qulluq tədbirlərinin görülməsi Bağın proritet istiqamətlərindən birini təşkil edir.

Qeyd edək ki, sözügedən tədbirlər kompleksi ölkə prezidenti Möhtərəm İlham Əliyev Cənablarının Mərkəzi Nəbatat Bağının inkişafı yönündə imzaladığı Sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə həyata keçirilir.