11 Jan
Mərkəzi Nəbatat Bağında növ müxtəlifliyinin dayanıqlığını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir
151

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın nəzarəti ilə Bağda növ müxtəlifliyinin dayanıqlığını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Bu məqsədlə 11 yanvar 2024-cü tarixində Mərkəzi Nəbatat Bağına  11 növdə 400-ə yaxın yeni bitki gətirilərək təcrübə sahələrində əkini başlanılıb. Bağın bütün əməkdaşları Mərkəzi Nəbatat Bağının inkişafı naminə çalışır. Yeni əkilən bitkilərin  dinamik inkişafını təmin etmək məqsədilə  onlara lazımi aqrotexniki qulluq tədbirləri göstərilir- qara torpaq, üzvi və mineral gübrələr verilir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarının növ müxtəliyinin zənginləşdirilməsi məqsədilə 70 növə yaxın yeni bitkilər gətiriləcək və sözügedən proses mərhələli şəkildə həyata keçiriləcək.