30 Dec
Mərkəzi Nəbatat Bağında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yığıncaq keçirilib
360

30 dekabr 2023-cü il tarixində Mərkəzi Nəbatat Bağının rəhbərliyi və kollektivinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bağın sədr müavini və sədrin səlahiyyətlərini müvəqqəti icra edən Natiq Allahverdiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini Bağın əməkdaşlarına çatdırıb.

Eyni zamanda Mərkəzi Nəbatat Bağının kollektivi Möhtərəm Prezident İlham Əliyev Cənablarını və Birinci Vitse-prezident Çox Hörmətli Mehriban Xanım Əliyevanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə səmimi qəlbdən təbrik ediblər.

Yığıncaqda Natiq Allahverdiyev əməkdaşlara 2022/2023-cü il üzrə dərc edilmiş illik bülleten haqqında məlumat verib. O, bildirib ki, Mərkəzi Nəbatat Bağının yarandığı tarixdən bugünə qədər ilk dəfə olaraq ağac və kol bitkilərinin invertarlaşması prosesi həyata keçirilmişdir ki, bu da Bağın elektron bazasının əsasını təşkil edir. Həmçinin, Bağın rəhbərliyi yaxın zamanda bülletenin təqdimatı mərasiminin keçiriləcəyini bildirib.

Tədbirin sonunda Natiq Allahverdiyev Bağın kollektivini  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib