11 Sep
Mərkəzi Nəbatat Bağının oranjereyasındakı bitkilər mineral və üzvi gübrələrlə təmin edilir
351

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması və s. tədbirlər daxildir. Bununla yanaşı, əkin sahələri üçün gübrələmə sistemi tətbiq edilir ki, bu proses mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etməklə aparılır. Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı və səpindən sonra  gübrələmə tətbiq edilir. Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Qeyd edək ki, bitkilərin inkişaf faizinin yüksəlməsi üçün yeni mütərəqqi üsullardan istifadə edilir.

Eyni zamanda, Bağda mövcud olan bitkilərin müxtəlif səbəblərdən məhv olmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, ağaclarda mövcud olan xəstəliklərin müəyyələşdirilməsi, həmin xəstəliklərin aradan qaldırılması və mövcud zərərvericilərə qarşı mübarizə aparılması, hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki xidmətlərin göstərilməsi kimi vacib tədbirlər görülür.

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsi üçün  Bağın alim və texniki heyyəti daimi olaraq çalışırlar.