06 Sep
Mərkəzi Nəbatat Bağının inkişafı yönümündə tədbirlər görülür
238

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanılması, bitkilərin inkişafı üçün lazım olan tədbirlər müntəzəm olaraq planlı şəkildə aparılır. Bu işlər çərçivəsində gübrələmə, bitkilərin suya telabatını təmin etmək üçün suvarma, qida maddələri ilə təmin etmək məqsədi ilə dərmanlama, ağacın yaşından və növündən aslı olaraq budama, formalaşdırma və qoruyucu tədbirlər aparılır. Sözügedən tədbirlər çərçivəsində ağaclarda mövcud olan xəstəliklərin müəyyələşdirilməsi, həmin xəstəliklərin aradan qaldırılması və mövcud zərərvericilərə qarşı mübarizə aparılması, hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki xidmətlərin göstərilməsi kimi vacib məsələlər müzakirə edilib.