05 Sep
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması tədbirləri davam edir
261

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyyətin tənzimlənməsi və yaşıllıqların qorunmasında mühüm əhəmiyyətə malik olan təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Belə ki, bitkilər hava şəraitinə və inkişaf mərhələsinə uyğun olaraq suvarılır, üzvi və qeyri-üzvi gübrələr verilir, alaq otlarından təmizlənir, torpaq örtüyü yumşaldılır və zərərvericilərə qarşı dərmanlanır. Qeyd edək ki, sözügedən işlərin sistemli şəkildə aparılmasına xüsusi diqqət yetirilir.