04 Sep
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri müntəzəm olaraq davam etdirilir
365

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin təşəbbüsü ilə şənbə və bazar günləri Bağın ikinci sahəsində baş verə biləcək hər hansı yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Bağın aqrotexniki əməkdaşları iməclik tədbirləri həyata keçirilib. Bu işlər çərçivəsində aqrotexniki xidmətlər, təmizlik işləri, yaşıllıqların xəstəlik və ziyanvericilərdən qorunması, budanma eyni zamanda Bağın ikinci sahəsində şam ağaclarından tökülüb qalan iynəyarpaqlılardan və otlardan təmizlənməsi işləri görülüb.

Qeyd edək ki, keçirilən iməclik Mərkəzi Nəbatat Bağında təmizlik, ekoloji tarazlığın bərpası, ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlər mütəmadi olaraq davam etdiriləcək.