09 Aug
Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi tədbirləri müntəzəm olaraq davam etdirilir
210

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanılması və bitkilərin inkişafı üçün lazım olan tədbirlər planlı şəkildə davam etdirilir. Sözügedən tədbirlərə müntəzəm olaraq ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, alaq otları və artıq daş-kəsəklərin, qurumuş budaqları və yarpaqları təmizlənilməsi  və  bellənərək suvarılması və zərərvericilərə qarşı dərmanlanması işləri və s.  daxildir. 

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.