08 Aug
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri müntəzəm olaraq davam etdirilir
241

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun tapşırığı və Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti altında Bağın əməkdaşlarının iştirakı ilə iməclik tədbirləri müntəzəm şəkildə həyata keçirilir. İməclik tədbirləri çərçivəsində havaların isti keçməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi yaradan və təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və yarpaqları, eyni zamanda  otbiçən cihaz vasitəsilə sahə alaq otlarından təmizlənilir və ağacların dibləri mütəmadi olaraq bellənib suvarılır.

Qeyd edək ki, keçirilən iməclik Mərkəzi Nəbatat Bağında təmizlik, ekoloji tarazlığın bərpası, ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlər mütəmadi olaraq davam etdiriləcək.