07 Aug
Mərkəzi Nəbatat Bağında təmizlik işləri davam edir
217

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət malik olan təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu  tədbirlərə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, meyvə ağaclarının və digər bitkilərin suvarılması, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s.  daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.