02 Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıqlara aqrotexniki qulluq tədbirləri davam edir
119

Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq təcrübə sahələrində iməclik işlərinin həyata keçirilməsi, ağac və kol bitkilərinin  diblərinin yumşaldılması, zərərvericilərə qarşı dərmanlanması, qurumuş alaq otlarından təmizlənməsi və s. tədbirlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.