01 Aug
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
115

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində mövcud olan çoxillik güllər suvarılır, alaq otlarından təmizlənir, torpaq örtüyü yumşaldılır. 

Eyni zamanda Bağın təcrübə sahələrində mövcud olan yaşıllıqların qorunması, əkilmiş dekorativ və meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi kimi tədbirlər də həyata keçirilir.