31 Jul
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri davam etdirilir
123

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun tapşırığına əsasən Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti altında Bağın əməkdaşlarının iştirakı ilə iməclik tədbirləri davam etdirilib. İməclik zamanı ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və yarpaqları təmizlənib və ağacların dibləri bellənərək suvarılıb və zərərvericilərə qarşı dərmanlanıb.

Qeyd edək ki, keçirilən iməclik Mərkəzi Nəbatat Bağında təmizlik, ekoloji tarazlığın bərpası, ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlər mütəmadi olaraq davam etdiriləcək.