31 Jul
Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında fenoloji müşahidə aparılmışdır
112

Mərkəzi Nəbatat Bağının “Tropik və subtropik bitkilər” laboratoriyasının müdiri b.ü.f.d. dos. Aynur Ərəbzadə oranjereyada bitkilərə baxış keçirmişdir. Məlum olmuşdur ki, hazırda oranjereyada becərilən ağac, kol, yarımkol, lian və otların əksəriyyəti çiçəkləmə, bir qismi isə artıq meyvəvermə mərhələsindədir. Belə ki, müəyyən edilmişdir ki, Cactus, KalanchoeBegonia cinsinə daxil olan növlər, Lantana camara, Crinum moorei, Bougainvillea spectabilis, Geranium roseum, Nymphaea lotus, Cyperus alternifolius, Russelia equisetiformis, Oxalis deppei, Oxalis triangularis, Hoya carnosa, Jasminium sambac və s. növlər çiçəkləmə, Monstera deliciosa, Citrus limon, Psidium guajava növləri isə meyvəvermə mərhələsindədir. Oranjereyada  müşahidələr və bitkilərə qulluq işləri davam etdirilir.