28 Jul
Qida və dərman bitkilərinin biokimyası laboratoriyasında yığıncaq keçirilib
347

Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev laboratoriyanın əməkdaşları ilə yığıncaq keçirmişdir. Yığıncaqda istilərin düşməsi ilə əlaqədar olaraq laboratoriyada mövcud olan bitkilərin müxtəlif səbəblərdən məhv olmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi təşkil edir. Sözügedən tədbirlər çərçivəsində ağaclarda mövcud olan xəstəliklərin müəyyələşdirilməsi, həmin xəstəliklərin aradan qaldırılması və mövcud zərərvericilərə qarşı mübarizə aparılması, hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki xidmətlərin göstərilməsi kimi vacib məsələlər müzakirə edilib.