19 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
152

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər ağac və kol bitkilərinin inkişaf faizinin yüksəlməsi ilə nəticlənir.

Qeyd edək ki, Bağın bitkilər inkişafın ilk mərhələsində alaq otlarından çox təsirlənir. Bu səbəbdən yabanı otların təmizlənməsi xüsusi avadanlıqla, lazım olduqda isə cərgələrdə əl ilə  aparılır. Bitkinin inkişaf mərhələsindən asılı olaraq, onların gərginliyinin qarşısını alınması, torpağı havalandırmaq üçün məqsədi ilə suvarma işləri aparılır.