19 Jul
Mərkəzi Nəbatat Bağında Elmi Komissiyanın iclası keçirilmişdir
174

Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Eldar Əzizovun tapşırığına əsasən 1934-cü il tarixindən yaradılmış Mərkəzi Nəbatat Bağının rəhbərliyi və alimləri tərəfindən ilk dəfə olaraq ağac və kol bitkilərinin invertarlaşması prosesi həyata keçirilmişdir. Sözügedən işlər  çərçivəsində kolleksiyalara daxil olan bitki növləri, sortları və bəzi bitki növlərinin kəsişməsi nəticəsində alınmış hibrit bitki növlərinin sayı müəyyən olunmuşdur.

Qeyd edək ki, bu işlərin həyata keçirilməsi məqsədilə Bağın rəhbərliyi tərəfindən  Elmi Komissiya yaradılmışdır və sözügedən tədbirlərin yekun nəticəsi ilə bağlı yığıncaq keçirilmişdir. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Bitki ekologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos Asif Mehralıyev, Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, Tropik və subtropik bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos. Aynur Ərəbzadə, Bioloji Kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova, b.e.d. prof. Elman İsgəndər, b.ü.f.d. dos. Yusif Zeynalov və  digər elmi əməkdaş və mütəxəssislər iştirak edib.

Komissiya üzvləri əldə etdikləri son statistik məlumatları yığıncağın digər iştirakçılarına təqdim edərək prosesin yekunlaşdığı bildiriblər. 

Bağ ərazisində yetişdirilən bitki növ və sortlarının yerləşmə yeri və sayının müəyyənləşdirilərək elektron bazaya daxil edilməsi gələcəkdə Mərkəzi Nəbatat Bağının elektron xəritəsinin yaradılmasına öz töhvəsini verəcək.