18 Jul
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
167

Mərkəzi Nəbatat Bağının yaşıllıq ərazilərində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, yeni əkilmiş meyvə ağaclarına  suyunun verilməsi, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri planlı şəkildə aparılır.