17 Jul
Mərkəzi Nəbatat Bağında yığıncaq keçirilib
117

17 iyul 2023-cü il tarixində Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin yerləşdiyi ərazilər üzrə mərhələli şəkildə pasportlaşdırılması ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icraçısı Natiq Allahverdiyev, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Bitki ekologiyasının laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva və Bitki kolleksiyası şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova iştirak edib.

Laboratoriya müdirləri əldə etdikləri son statistik məlumatları müzakirə edərək prosesin yekunlaşmaq üzrə olduğunu bildiriblər.