17 Jul
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
88

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara göstərilən aqrotexniki qulluq tədbirləri davam etdirilir. Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılır, zərərvericilərə və xəstəliktörədicilərə qarşı dərmanlanır, suvarma, alaq otlarından təmizləmə və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilib.

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.