14 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
201

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir.  

 Qeyd edək ki, bitkilərin suvarılma norması torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. Həyata keçirilən düzgün aqrotexniki qulluq nəticəsində bitkilərdə canlanma nəzərə çarpacaq şəkildə özünü göstərir. Bu tədbirlər ağac və kol bitkilərinin inkişaf faizinin yüksəlməsi ilə nəticələnir.