06 Jun
Mərkəzi Nəbatat Bağının ikinci sahəsində təmizlik işləri davam edir
132

Mərkəzi  Nəbatat Bağının ikinci sahəsində bitkilərə aqrotexniki qulluq tədbirləri görülür. Bu tədbirlər düzgün və aqrotexniki tələblərə cavab vererek  davamlı olaraq aparılır.  Bitkilərin inkişafının ilkin mərhələsində alaq otlarından çox təsirlənir. Bu səbəbdən yabanı otların təmizlənməsi xüsusi avadanlıqla, lazım olduqda isə cərgələrdə əl ilə  aparılmalıdır. Bitkinin inkişaf mərhələsindən asılı olaraq, onların gərginliyinin qarşısını alınması, torpağı havalandırmaq üçün məqsədi ilə suvarma işləri aparılır.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.