02 Jun
Mərkəzi Nəbatat Bağının əməkdaşları ezamiyyətdə olub
173

Mərkəzi Nəbatat Bağının " Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d. Həsən Babayev və Təsərrüfat, təchizat və xidmət şöbəsinin müdiri Gilani İsmayılov Şamaxı Elmi Təcrübə bazasında ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi elmi- tədqiqat işləri üçün bioloji kolleksiyaları zənginləşdirmək, sözügedən ərazinin bitki örtüyünü öyrənmək, müxtəlif nadir bitkilərin, həmçinin dərman  əhəmiyyətli bitkilərin toplanaraq Mərkəzi Nəbatat Bağının bitki kolleksiyasına daxil etmək olmuşdur.