01 Jun
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə baxış keçirilib
122

Mərkəzi Nəbatat Bağında  ağac və kol bitkilərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunub ki, Bağı əhatə edən 46 hektarlıq ərazidə becərilən hər bir  ağac və kol bitkilərinə son illərdə  göstərilən  düzgün aqrotexniki qulluq nəticəsində dinamik inkişaf etmişdir.

Qeyd edək ki, hətta Bağ ərazisinə digər bölgələrdən gətirilərək introduksiya edilmiş ağac və kol bitkiləri yüksək aqrotexniki qulluq nəticəsində yerli iqlimə uyğunlaşaraq sürətli inkişaf etmişdir. Uzun illər baxımsız vəziyyətdə qalmış ağac və kol bitkilər dərmanlama, gübrələmə, suvarma və digər aqrotexniki tədbirlər nəticəsində canlanma müşahidə olunmuşdur.