19 Nov
Mərkəzi Nəbatat Bağının elmi əməkdaşları beynəlxalq konfransda iştirak edib
89

Mərkəzi Nəbatat Bağının "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d., dos. Həsən Babayev Türkiyə Cumhuriyyətinin Antalya şəhərində keçirilən "İnternational Conference on Acamedic Studies in Technology and Education(İCASTE)" beynəlxalq konfransında iştirak edib.

Bağın alimi b.e.d., dos. Həsən Babayev "Xəstələnmiş və qurumaq üzrə olan şam ağaclarının peyvənd olunması" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə xəstələnmiş və qurumaqda olan şam ağaclarının peyvənd olunması  və ağac bitkilərinin xəstəliklərin müalicəsində tətbiq etmək üçün yeni və müasir texnologiyaların yaradılması haqqında məlumat verilib və konfransın texniki alimlərindən sözügedən məruzədən çox şey gözləməsi böyük maraq və alqışlarla qarşılanıb. 

Mərkəzi Nəbatat Bağının elmi əməkdaşı Şəfəq Bağırova Rusiya Federasıyasının Moskva şəhərinin M.V. Lomonosov adına Moskova Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika Bağında keçirilən “Флора и растительность России”, D.P.Syreyshchikovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Иллюстрированной флоры Московской губернии Д.П. Сырейщикова” mövzusunda Ümumrusiya Elmi-Praktiki beynəlxalq konfransda iştirak edib. 
Ş.Bağırova “ОЦЕНКА ПЕРСПЕКТИВНОСТЫ НЕКОТОРЫХ ДЕРЕВЬЕВ И КУСТАРНИКОВ ВОСТОЧНОАЗИАТСКОГО ПРОИСХОЖДЕНИЯ В УСЛОВИЯХ EX SITU”  mövzusunda məruzə ilə çıxış edib 

Sonda məruzəçilərə sertifikat verilib.