Mərkəzi Nəbatat Bağında sahə seminarı keçirilib
62Mərkəzi Nəbatat Bağının "Oduncaqlı bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova və Bağın elmi əməkdaşlarının iştirakı ilə sahə seminarı keçirilmişdir. Sahə seminarının əsas məqsədi Bağın ərazisində mövcud olan yaşıllıqların dinamik inkişafı və qorunub saxlanması təşkil edir.
Tədbir zamanı b.ü.f.d., dos. Asif Mehralıyev digər elmi əməkdaşlara bitkilərin inkişafı, yeni bitki növlərinin əkilməsi ilə kolleksiyanın zənginləşdirilməsi, bitkilərə aqrotexniki qulluğun səmərəli təşkil olunması, təcrübə sahəsində kolleksiya fondunun yaxşılaşdırılması haqqında məlumat verib.
Qeyd edək ki, Bağın elmi əməkdaşlarının apardıqları müşahidələr zamanı əkilən ağac və kol bitkilərinin dinamik inkişaf etdiyi müəyyən olunub.