26
Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıq sahələrinin qorunması daim diqqət mərkəzindədir
216Mərkəzi Nəbatat Bağında bitki kolleksiyalarının intensiv inkişafı, yaşıllıqların qorunub saxlanması məqsədilə hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Belə ki, bitkilər hava şəraitinə və inkişaf mərhələsinə uyğun olaraq suvarılır, daha sürətli inkişaf etməsi üçün alaq otlarından təmizlənir, torpaq örtüyü yumşaldılır, təbii gübrələr verilir, təmizlik və suvarma işləri aparılır.