Mərkəzi Nəbatat Bağında sahə seminarı keçirilib
191Mərkəzi Nəbatat Bağının "Oduncaqlı bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, "Bitki ekologiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Bioloji kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və Bağın elmi əməkdaşlarının iştirakı ilə sahə seminarı keçirilmişdir. Sahə seminarının əsasını Bağın ərazisində mövcud olan yaşıllıqların qorunub saxlanması təşkil edir. Asif Mehralıyev qeyd etmişdir ki, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi bitkilərin qorunmasında başlıca rol oynayır. Alimin sözlərinə görə, mövsüm ilə əlaqədar olaraq bitkilər mütəmadi olaraq suvarılmalı, azot gübrəsi verilməli və zərərvericilərinə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.