Mərkəzi Nəbatat Bağının əməkdaşları Bağın inkişafı naminə bütün istiqamətlərdə şənbə günü də işlərini davam etdiriblər
377Mərkəzi Nəbatat Bağında bitki kolleksiyaları, təcrübə sahələrinin davamlı və dayanıqlı inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin sabitliyinin qorunub saxlanması məqsədi ilə əməkdaşlar şənbə günü də Bağın bütün sahələrində bitkilərin bioloji xüsusiyyətlərinə uyğun aqrotexniki qulluq tədbirləri həyata keçiriblər. Bağda həyata keçirilən abadlıq, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində ağac və kol bitkiləri suvarılıb, zərərvericilərə qarşı dərmanlanıb, torpaq örtüyü yumşaldılıb.
Bununla yanaşı, Bağın rəhbərliyi Natiq Allahverdiyev və alimi b.e.d. Həsən Babayev “Qida və dərman bitkilərinin biokimyası” laboratoriyasında becərilən bitkilərin inkişaf mərhələsinə baxış keçirib. Baxış zamanı alim b.e.d. Həsən Babayev qida və dərman bitkilərinin təcrübə sahələrinə adaptasiyası, inkişaf dinamikasını və mövcud vəziyyəti barədə məlumat verib.
Qeyd edək ki, hal- hazırda “Qida və dərman bitkilərinin biokimyası” laboratoriyasında 260 növə yaxın bitki mövcuddur və gələcəkdə bu sayın artırılması nəzərdə tutulub.