06 May
Mərkəzi Nəbatat Bağında bitki kolleksiyaları və təcrübə sahələrinin davamlı və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib
86

Mərkəzi Nəbatat Bağında bitki kolleksiyaları və təcrübə sahələrinin davamlı və dayanıqlı inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin sabitliyinin təmin olunması məqsədi ilə abadlıq və quruculuq işləri müntəzəm olaraq davam edir. Yuxarıda qeyd edilənlərin təmin olunması məqsədi ilə Bağın bütün sahələrində bitkilərə uyğun aqrotexniki qulluq tədbirləri həyata keçirilir.

Qeyd edilən işlər çərçivəsində sahələr alaq otlardan təmizlənir, ağac dibləri bellənir, bitkilər vaxtaşırı suvarılır, mövsümə uyğun olaraq ağacların budanması prosesləri həyata keçirilir. 

Bunun nəticəsi olaraq Bağda becərilən ağac və kol bitkilərinin inkişafında müsbət irəliləyiş qeyd olunur.