16 Apr
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
222

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində yeni bitki növləri əkilir, mövcud olan ağac və kol bitkiləri suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır. 

Eyni zamanda Bağın alimləri b.e.d. Həsən Babayev, b.ü.f.d., dos. Sevinc Quliyeva, b.ü.f.d. Günay Məmmədova "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının təcrübə sahəsinə baxış keçirib. Baxış zamanı keçən il əkilmiş kəklikotu, baldırğan, qantəpər, andız, dağ laləsi və s. bitkilərə göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olduğu müşahidə olunub. Belə ki, həyata keçirilən düzgün aqrotexniki qulluq nəticəsində həmin bitkilərdə inkişaf nəzərə çarpacaq şəkildə özünü göstərir. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında təmizliyin lazımi səviyyədə saxlanılması, yaşıllıqların qorunması və inkişafı üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq həyata keçirilir.