16 Apr
Mərkəzi Nəbatat Bağının alimi Beynəlxalq Konqresdə çıxış etmişdir
413

Mərkəzi Nəbatat Bağının "Tropik və subtropik bitkilər" laboratoriyasının müdiri, b.ü.f.d. dos. Aynur Ərəbzadə Türkiyənin İzmir şəhərində keçirilmiş "Sağlamlıq və idman elmləri" adlı beynəlxalq konqresdə məruzə ilə çıxış etmişdir. Məruzənin mövzusu "Abşerona introduksiya olunmuş yabanı alma (Malus Mill.) növlərinin meyvələrinin biokimyəvi tərkibi olmuşdur. Sonda məruzəçiyə sertifikat verilmişdir.