13 Apr
Mərkəzi Nəbatat Bağının əməkdaşları bayram günləri olmasına baxmayaraq könüllü gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
137

13 aprel 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın və Bağın əməkdaşlarının iştirakı ilə bayram günləri olmasına baxmayaraq könüllü olaraq Bağın inkişafı yönündə bir sıra aqrotexniki tədbirlər həyata keçirilib. Bu tədbirlərə yeni dekorativ bitki növlərinin əkilməsi, ağac və kol bitkilərinin suvarılması, diblərinin bellənməsi, getmanlanması, torpaqların münbitliyinin artırılması məqsədilə yumşaldılması və s. tədbirlər aiddir.

Qeyd edək ki, sözügedən tədbirlər mövsümlə əlaqədar olaraq Mərkəzi Nəbatat Bağının bütün sahələrində həyata keçirilməsi elmi əsaslarla olub,  sistemli şəkildə müntəzəm olaraq davam etdiriləcəkdir.