08 Apr
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunub saxlanması məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilib
166

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi və ekoloji tarazlığın qorunub saxlanması məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilir. Həmin tədbirlər kompleksinə yeni növ bitkilərin əkilməsi, ağac və kol bitkilərinin diblərinin bellənməsi, suvarılması, torpaq örtüyünün yumşaldılması, mineral və üzvi gübrələrin verilməsi və s. işlər daxildir. Həmçinin, Bağda mahoniya bitkisi çiçək açıb.

Qeyd edək ki, sözügedən tədbirlər kompleksinin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının florasının zənginləşməsi və yaşıllıqların qorunub saxlanması baxımından böyük əhəmiyyət kəsb edir.