05 Apr
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
175

Mərkəzi Nəbatat Bağının əməkdaşları Bağın inkişafı yönündə zəruri aqrotexniki qulluq tədbirlərini müntəzəm olaraq davam etdirir. Sözügedən işlərə yeni növ bitkilərin əkilməsi,  ağacların qurumuş budaqlarının budanması, ağac və kol bitkilərinin diblərinin bellənməsi, suvarılması, torpaq örtüyünün yumşaldılması, mineral və üzvi gübrələrin verilməsi və s. işlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə görülən aqrotexniki xidmətlər planlı şəkildə həyata keçirilir.