01 Apr
Mərkəzi Nəbatat Bağında bitki kolleksiyalarının zənginləşdirilməsi və ekoloji tarazlığın qoruyub saxlanması məqsədilə bir sıra tədbirlər həyata keçirilib
169

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi və ekoloji tarazlığın qoruyub saxlanması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Bu məqsədlə  1 aprel 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağına 3 növdə 300-dən çox bitki gətirilib. Sözügedən bitkilərə Eldar şamı, dəfnəyarpaq kalina, parlaqyarpaq kalina və fotiniya və s. bitkilər aiddir.  

Həmçinin, bitkilərin  dinamik inkişafını təmin etmək məqsədilə  onlara lazımi aqrotexniki qulluq tədbirləri göstərilir- qara torpaq, üzvi və mineral gübrələr verilir.