29 Mar
Mərkəzi Nəbatat Bağında 2024-cü ilin birinci rüb üzrə görülən işlərlə bağlı ümumi yığıncaq keçirilib
211

29 mart 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağında 2024-cü ilin birinci rüb üzrə görülən işlərlə bağlı  ümumi yığıncaq keçirilib. Yığıncaqda Bağın rəhbəri Natiq Allahverdiyev,  Elmi məşvərət məclisinin sədri b.e.d. Həsən Babayev, Elmi komissiyanın sədri b.ü.f.d. dos. Asif Mehraliyev, Bitki ekologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova və digər elmi əməkdaşlar və mütəxəssislər iştirak edib. Yığıncaqda Mərkəzi Nəbatat Bağının inkişafı və elmin proritet sahələrinin müəyyənləşdirilməsi o cümlədən, gələcəkdə Bağın florasının zənginləşdirilməsi istiqamətində tətbiqi edilməsi üzrə müzakirələr aparılıb.
Natiq Allahverdiyev bildirib ki, 60 növə yaxın yeni bitkilər əkilib, Bağın ərazisi tullantılardan təmizlənib,  min kub metrlərlə qara torpaq və mineral gübrələr gətirilib. Eyni zamanda, enliyarpaqların gələcəkdə təbii gübrə kimi istifadə edilməsi üçün yığılaraq quyulara basdırılıb. Həyata keçirilmiş bütün işlər elmi əsaslarla olub, Elmi komissiyanın daim diqqət mərkəzindədir.

2024-cü ilin birinci rüb üzrə görülən işlər qənaətbəxş hesab olunub.