28 Mar
Mərkəzi Nəbatat Bağının inkişafı yönümündə tədbirlər görülür
113

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın və Bağın əməkdaşlarının iştirakı ilə Bağın inkişafı yönündə bir sıra aqrotexniki tədbirlər həyata keçirilib. Bu tədbirlərə torpaqların yumşaldılması,ağacların diblərinin bellənməsi, qurumuş budaqlardan təmizlənməsi, mineral və üzvi gübrələrin verilməsi və s. tədbirlər aiddir. 

Qeyd edək ki, sözügedən tədbirlər mövsümlə əlaqədar olaraq Mərkəzi Nəbatat Bağının bütün sahələrində həyata keçirilməsi elmi əsaslarla olub, daim diqqət mərkəzindədir.