24 Mar
Mərkəzi Nəbatat Bağının əməkdaşları bayram günləri olmasına baxmayaraq könüllü aqrotexniki qulluq tədbirlərini həyata keçirirlər
97

Mərkəzi Nəbatat Bağının əməkdaşları bayram günləri olmasına baxmayaraq könüllü olaraq Bağın inkişafı yönündə aqrotexniki xidmətləri davam etdirirlər. Belə ki, mövsümlə əlaqədar olaraq təcrübə sahələri iynəyarpaqlardan təmizlənir, ağacların qurumuş budaqları budanır, torpaq örtüyü yumşaldılır. Həmçinin, Bağın nəzdində yaradılmış Elmi komissiyanın iştirakı ilə Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında yeni növ kaktus bitkiləri əkilir.